Ukrayna ordusu rusiyalı hərbçiləri Avdeyevka mövqelərindən uzaqlaşdırdı - FOTO

Ukrayna ordusu rusiyalı hərbçiləri Avdeyevka mövqelərindən uzaqlaşdırdı - FOTO
Siyasət 49

Bu gün, avqustun 2-də Ukrayna ordusu Rusiya hərbçilərini Donetsk vilayətinin Avdeyevka rayonundakı mövqelərindən uzaqlaşdırıb. Həmçinin müdafiə qüvvələri Liman-Kupyansk istiqamətində rusiyalıların hücumunun qarşısını alıb.

BAKU.WS "RBC-Ukrayna"ya istinadən xəbər verir, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah spikeri Pavel Kovalçuk telemarafonun efirində məlumat verib.

"Müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı düşmən Avdeyevkanın cənubundakı mövqelərdən geri çəkilməyə məcbur oldu", - deyə o qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, Baxmut istiqamətində Ukrayna hərbçiləri şəhərin cənubunda hücum əməliyyatlarını davam etdirirlər.

O, düşmənin ehtiyatlardan istifadə edərək müqavimət göstərməyə davam etdiyini, şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının Kupyansk və Liman istiqamətlərində irəliləməsinin qarşısını almaqda davam edir.

Eyni zamanda, müdafiə qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatları aparır və işğal olunmuş xətlərdə möhkəmlənərək düşmənə xeyli itki verirlər.

Son xəbərlər