Ukrayna mediası Azərbaycan və Ermənistan arasında sülh sazişini tarixi hadisə adlandırıb

Ukrayna mediası Azərbaycan və Ermənistan arasında sülh sazişini tarixi hadisə adlandırıb
Foto
Siyasət 70

Ukraynanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət ayırıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, "Ukrinform", "UNİAN", "RBK-Ukrayna", "İnterfaks-Ukrayna", "Gordon", "Korrespondent", TSN və digər informasiya agentliklərində və xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə xüsusi yer verilib.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyduğu və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib. Bu baxımdan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz giriş imkanının yaradılmasının razılaşdırıldığı vurğulanıb.

Ukrayna mətbuatı sülh sazişini region və bütövlükdə dünya üçün tarixi hadisə adlandırıb, həmçinin ABŞ-nin rolunu qeyd edib. Bundan əlavə, ABŞ prezidentinin hər iki liderlə həm Ermənistan, həm də Azərbaycanla enerji, texnologiya, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət əməkdaşlığına dair ayrıca sazişlər imzaladığı qeyd olunub.

Son xəbərlər