Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib
Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşündə Alyaskada razılaşdırıldığı iddia edilən sülh şərtlərini qəbul etmədiklərini bəyan edib.
Zelenskinin sözlərinə görə, real danışıqlar yalnız mövcud cəbhə xətti əsasında aparıla bilər:
"Bizim üçün ən optimal başlanğıc nöqtəsi hazırkı təmas xəttidir. Avropa tərəfdaşlarımız da bu mövqeyi dəstəkləyir və biz onlara minnətdarıq", – dövlət başçısı vurğulayıb.
O əlavə edib ki, Rusiya Donetsk istiqamətində uğur qazana bilməyib və Vladimir Putin 12 ildir bu bölgəni tam ələ keçirə bilmir:
"Ukrayna Konstitusiyası ərazilərin verilməsinə imkan yaratmır. Bu məsələ o qədər həssasdır ki, yalnız ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşündə müzakirə oluna bilər. Hazırda isə Moskva belə bir görüşə hazır olduğuna dair heç bir siqnal vermir".
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bir qədər əvvəl bildirmişdi ki, Donald Tramp Zelenski ilə görüşündə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün "ərazi mübadiləsi" ideyasını müzakirəyə çıxarmağı planlaşdırır.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistanın XİN başçıları müttəfiqlik münasibətlərini müzakirə ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı apar...