UFC döyüşçüsü faciəvi şəkildə öldü

UFC döyüşçüsü faciəvi şəkildə öldü
Siyasət 276

UFC döyüşçüsü, brazilyalı Felipe Kolares 29 yaşında vəfat edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Kolaresi Braziliyanın Rio-de-Janeyro şəhərində məşqdən qayıdarkən avtobus vurub.

Məşqçisi Rodriqo Babi döyüşçünün təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda həyatını itirdiyini bildirib.

Qeyd edək ki, Kolares 2019-2022-ci illərdə UFC-də yarışıb. O, peşəkar karyerasında 14 döyüş keçirib, 10 qələbə və 4 məğlubiyyət alıb. Son döyüşünü 2023-cü il fevralın 17-də fransalı Alion Nahaeyə qarşı keçirib.

Son xəbərlər