Uçuş gecikdiyi üçün sərnişin pilota hücum etdi - ANBAAN VİDEO

Uçuş gecikdiyi üçün sərnişin pilota hücum etdi - ANBAAN VİDEO
Video
Siyasət 193

Hindistanda sərnişini Dehlidən Qoa əyalətinə uçan təyyarənin gecikməsinə görə pilota hücum edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə və Hindistan mətbuatında yayımlanıb.

İnternetdə yayımlanan kadrlarda sarı köynəkdə dava edən şəxs uçuşun gecikdiyini bildirmək üçün sərnişinlərin yanına çıxan pilotun yanına qaçır və onun üzünə sillə vurur.

Uçuş bələdçiləri problem yaradanı dayandırmağa çalışarkən Sahil Kataria adlı şəxs qışqırır:

"Əgər təyyarəni uçurmaq istəmirsənsə, uçmayın!".

Videonun sonunda sərnişinlərdən biri qəzəbli sərnişin yoldaşını sakitləşdirməyi bacarır.

Pilota hücum edən şəxs sosial şəbəkə istifadəçilərini qəzəbləndirib və onun cəzalandırılmasını tələb ediblər.

Mətbuatda yer alan məlumata görə, aviaşirkətin ona qarşı şikayət ərizəsi yazmasından sonra qalmaqallı şəxs saxlanılıb. Daşıyıcı şirkət həmçinin insidentin araşdırılması üçün daxili komissiya yaradıb.

Aviaşirkətin verdiyi açıqlamada onun "uçuşu qadağan olunanlar" siyahısına salınacacağı qeyd olunub.

Bildirilir ki, fövqəladə hal pis hava şəraiti ilə əlaqədar Şimali və Mərkəzi Hindistanda geniş miqyaslı uçuş fasilələri fonunda baş verib.

Son xəbərlər