Üç milyon illik mağaradan görüntülər - VİDEO

Üç milyon illik mağaradan görüntülər - VİDEO
Foto Video
Siyasət 252

Bursanın İnəgöl ilçəsində hər il minlərlə yerli və xarici turistin ziyarət ettiyi üç milyon illik Oylat Mağarası var.

BAKU.WS-in Haber Global-a istinadla məlumatına görə, 700 metr uzunluğu, 93 metr hündürlüyü olan mağara Türkiyənin ən böyük ikinci mağarasıdır.

Onun daxili havası astma və bronxit kimi nəfəs yolları xəstələri üçün faydalıdır.

Mağaranın qeyri-adi xüsusiyyətlərindən biri də daxilindəki temperaturun ilin dörd fəslində də +18 dərəcə olaraq qalmasıdır.

Çox təəssüf ki, bu yaxınlarda mağara divarlarında sprey boya ilə yazılmış yazılar aşkarlanıb. Bundan narazı olan yerli sakinlər təbiət abidəsinə qarşı vandallıq etmiş şəxslərin tapılaraq cəzalandırılmasını tələb edirlər.

Son xəbərlər