Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.
Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.
Oxşar xəbərlər
İlham Əliyev "ASAN xidmət"lə bağlı fərman imzaladı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikası...