“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu
Yeniliklərdən dərhal xəbərdar olun
“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkəsini elan edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, onun əsas xüsusiyyəti “AT Protocol” alqoritmi əsasında mərkəzsizləşdirmə olacaq.
Bununla belə, Dorsinin yeni layihəsi həmkarlarından onunla fərqlənəcək ki, istifadəçilərə digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürməyə icazə veriləcək.
Sosial şəbəkənin mərkəzsizləşdirilməsinin təmin edilməsi və hesabların köçürülməsi funksiyası barədə təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə qapalı beta sınaq mərhələsindədir.
Oxşar xəbərlər
Səudiyyə şahzadəsi İlon Maskın təklifini rədd etdi - FOTO
“Twitter”in ən böyük səhmdarlarından biri olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Əl Səud “Tesla” və “SpaceX”in yaradıcısı, planetin ən varlı adamı İlon Mask...