Türkmənbaşı Putindən onun avtomobilindən istəyib - VİDEO
11
okt
2019
12:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ondan "Aurus" avtomobilindən istəyib.BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb. Türkmənistan prezidenti rusiyalı həmkarına deyib ki, avtomobillə bağlı ilk partiyanı almaq niyyətindədir: "Bir daha xahiş etmək istəyirəm. Biz "Aurus Sedan" üçün müraciət etmişik. İlk partiyanı almaq istərdik"."Yeni "Aurus" markalı avtomobillərimiz üçün xoş, müsbət rəylərinizə görə təşəkkür edirik. Bu maşını bəyənməyiniz çox xoşdur",-deyə Putin Berdiməhəmmədova cavab verib. Qeyd edək ki, Vladimir Putin dəyəri 18 milyon rubl (475 min AZN) olan "Aurus Senat" avtomobilindən istifadə edir. Prezidentin limuzini Yamalo-Nenets muxtar dairəsində 50 dərəcə şaxtada uğurla sınaqdan keçib.
Oxşar xəbərlər
Zelenski Putinlə görüşməkdən niyə yayınır?
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşün qeyri-mümkünlüyünü izah edib. BAKU.WS xəbər verir ki, bu haqda o, "112 Ukra...