Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
“44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi bəyanata imza atanların buna əməl edəcəyi idi. Lakin Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.
Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir: “Bir daha ifadə etməyə dəyər: Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaş Azərbaycanın yanındayıq”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...