Türkiyənin Azərbaycandakı yeni səfiri Fəxri xiyabanı ziyarət edib
13
fev
2025
11:48
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün Fəxri xiyabanı ziyarət edib.
BAKU.WS xəbər verir ki, diplomat Ulu Öndər Heydər Əliyevin məzarı qarşısına əklil qoyub.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.
Səfir daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad edib, məzarlarının üzərinə qərənfillər düzüb.
Sonda isə "Türk şəhidliyi" abidəsi ziyarət olunub.
Oxşar xəbərlər
Əli Nağıyev Qazaxıstana səfər edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Asiya dövlətləri və Azərbaycan xüsusi xid...