Türkiyənin 6 vilayətində dərslər dayandırıldı

Türkiyənin 6 vilayətində dərslər dayandırıldı
Siyasət 465

Ötən gündən etibarən başlayan qar yağışı səbəbindən Türkiyənin bəzi vilayətlərində məktəblərdə tətil elan olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarlı hava ilə bağlı 6 vilayətin - Yozqat, Nevşehir, Giresun, Sivas, Bayburt və Muşun bütün məktəblərində dərslər 1 günlük dayandırılıb.

Qeyd edək ki, sözügedən bölgələri təsiri altına alan güclü yağış, dolu, qar və fırtına nəticəsində bir çox evin damı uçub, yüksək dağlıq ərazilərin rayon mərkəzləri ilə əlaqəsində problemlər yaranıb.

Son xəbərlər