Türkiyəli Nazir: “Axtarış-xilasetmə işləri bitmədən saqqalımı kəsmək içimdən gəlmədi” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri hələ yekunlaşmayıb. Bu səbəblə saqqalımı kəsmək istəmədim”.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Zəlzələ bölgələrinə səfəri zamanı ağ saqqalı ilə diqqət çəkən nazir açıqlamasına bunları da əlavə edib:
“Anadoluda cənazə sahibi saqqalını dəfndən sonra kəsər. Doğrusu mənim də axtarış-xilasetmə işləri bitmədən saqqalımı kəsmək içimdən gəlmədi”.
Koca təkcə Hatayda 51 200 yaralının zəlzələ bölgəsindən kənardakı xəstəxanalara göndərildiyini bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən və “Əsrin fəlakəti” adlandırılan güclü zəlzələ zamanı 43 556 sakin həyatını itirib, 108 068 nəfər isə yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. ***22:42 Türkiyədə zəlzə...