Türkiyəli məşhur aktyor qəzaya düşdü - ANBAAN VİDEO
Türkiyənin məşhur aktyoru Görkem Sevindik qəzaya düşüb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonunun Bebek ərazisində baş verib.
36 yaşlı Sevindik motosikletlə hərəkətdə olarkən park edilmiş avtomobildən düşən qadının qəfildən qapını açması ilə qəza törədib.
Motosikletini qəza yerində qoyan aktyor daha sonra dostuna zəng edərək xəstəxanaya gedib.
"Allah qorudu. Daha sürətli getsəydim, hər şey başqa cür ola bilərdi. Əlim sınıb, gipsə salıblar", - aktyor bildirib.
Qeyd edək ki, Görkem Sevindik son olaraq "Ateş Kuşları" serialında rol alıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...