Türkiyədə zəlzələdən zərərçəkənlərin işıq və qaz pulları silindi
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələlər nəticəsində iş yerləri və evləri ziyan görmüş vətəndaşların ödəmədikləri işıq və qaz pulları ləğv edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənəd imzalayıb.
Məlumata görə, indiyədək həmin ərazilərin sakinlərinin ödəmədikləri kommunal xidmətə görə nəzərdə tutulmuş məbləğ silinib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,7, Elbistan rayonunda olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...