Türkiyədə tur avtobusu aşıb - FOTO
27
avq
2023
23:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda tur avtobusu aşıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 26 nəfər xəsarət alıb.
Məlumata görə, tur avtobusu Susaklı məhəlləsi Ahmet Keleşoğlu Mədəniyyət Mərkəzinin arxasındakı yamaca qalxa bilməyib.
Geriyə sürüşərək idarəetmədən çıxan avtobus bir evin həyətinə aşıb.
Qəzada avtomobilin sürücüsü də daxil olmaqla 26 nəfər xəsarət alıb.
Ermenek Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyati təhlükəsinin olduğu deyilir.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə ağır qəza: Ölən və yaralananlar var - FOTO
Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda tələbələri daşıyan tur avtobusu aşıb. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza zam...