Türkiyədə silahlı insident: Müğənnini hədəf aldılar - FOTO

Türkiyənin Avcılar rayonunda bir məkanda səhnəyə çıxan gənc müğənni Erkan Doğanay silahlı hücuma məruz qalıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, ifaçı qarın və döş nahiyəsindən güllə yarası alıb.
Hadisə, gecə saatlarında baş verib.
İddiaya görə, Doğanaya səhnə sonrası çıxışda naməlum şəxs və ya şəxslər tərəfindən avtomobilin içindən atəş açılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Müğənni ətrafdakıların yardımı ilə xəstəxanaya aparılıb.
Polislərin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.
Qeyd edək ki, Erkan müğənnilər Uyqar Doğanay və Gökhan Doğanayın yaxın qohumudur.
Qalereya
Oxşar xəbərlər
“La Figaro”: “Jurnalistlər Fransada baş vermiş iğtişaşların qurbanı olublar”
Fransada Nahel adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan nümayişlərdə çoxlu sayda jurnalist iğtişaşçıların fiziki hücumuna məru...
