Türkiyədə qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulub
Türkiyənin Çorum bölgəsində İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarla 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu tutulub.
“Report” xəbər verir ki, İŞİD-in Türkiyəyə qarşı hərəkətlərinin sübut və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit olunan 3 nəfər təqib edilib.
Texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.
Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-in İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.
Şübhəlilər polis bölməsinə aparılıblar.
Oxşar xəbərlər
İstanbulda məhkəmə binasında törədilən terror aktının təlimatını qadın veribmiş
İstanbul Ədliyyə Sarayında terror aktının sifarişçisi olduğu iddia edilən mərkəzi komitə üzvü deyilən Fahriye Erdal da daxil olmaqla 4 şübhəli barəsində həbs qə...