Türkiyədə polis paltarı geyinən şəxslər evdən külli miqdarda pul oğurladılar

Türkiyədə polis paltarı geyinən şəxslər evdən külli miqdarda pul oğurladılar
Siyasət 32

Türkiyənin Şanlıurfa bölgəsində polis paltarı geyinən 7 naməlum şəxs evdən külli miqdarda oğurluq edib.

BAKU.WS xəbər verir ki, hadisə ötən gün Eyyübiye məhəlləsində yaşanıb.

Onlar zinət əşyaları satışı ilə məşğul olan adamın evinə daxil olaraq Vahit E. ilə Naci S.-i yerə uzadıblar.

Daha sonra həmin şxslərə qandal bağlayaraq evdə axtarış aparacaqlarını söyləyiblər.

Onlar otaqlardan birində kassa olduğunu müəyyən ediblər. Daha sonra onun açarını əli qandallanan şəxslərdən istəyiblər.

Soyğunşçular kassanı açaraq 2 kilo 300 qram qızıl, 10 min lirə pul, 10 mobil telefon və 1 kompüteri oğurlayıblar.

Təhlükəsizlik kameralrından görüntüləri araşdıran polis F.A., A.D., O.Z., E.B., H.B., H.D. və H.B. adlı şəxsləri saxlanılıb.

Son xəbərlər