Gəlinə 7 kiloqram qızıl taxıldı - 5 MİLYON PUL YIĞILDI - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Şanlıurfa şəhərində səs-küyə səbəb olacaq daha bir təmtəraqlı toy baş tutub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfalı iş adamı Bilal İzolun oğlu Muhammed İzol ilə iqtisadçı Elif Eyidoğanın toyu keçirilib.
Yüzlərlə insanın dəvət edildiyi toyda gəlinə 7 kiloqram qızıl taxılıb, gəlinlə bəyin üzərindən isə ümumilikdə 5 milyon lirə (305 min 500 AZN) pul yığılıb.
Toyda yerə səpilən pulları yığmaq üçün xüsusi adamlar tutulub.
Gəlinə taxılan 7 kiloqram qızıl içərisində bahalı qolbağlar, tac, kəmər, boyunbağı kimi zinət əşyaları yer alıb.
Elif Eyidoğan qızılların ağırlığına görə toyda yeriməkdə çətinlik çəkib.
BAKU.WS sözügedən toydan video və fotolar təqdim edir:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...