Türkiyədə miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb - FOTO
15
mar
2024
15:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb.
BAKU.WS “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Çanaqqala valisi İlham Aktaş məlumat verib.
Bildirilib ki, hadisə ötən axşam baş verib, lakin rəsmi qurumlara bu barədə şikayət səhər daxil olub.
Hazırda bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.
Kabatəpə limanında çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə saxlanılır.
Qalereya
Oxşar xəbərlər
“Əsrin fəlakəti”ndən bir il ötür - FOTO
Türkiyədə həyatın saat 04.17 radələrində durduğu vaxt... BAKU.WS xatırladır ki, Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və 11 vilayətdə baş v...