Türkiyədə məsciddəki hücumun ANBAAN VİDEOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Türkiyədə, Fatih məscidi içərisində şüarlar səsləndirən Ö.S-ə xəbərdarlıq edən məscid İmamı Qalip Usta və həmin vaxt orada olan Bilal Ərdəm Ö.S-nin bıçaqlı hücumu nəticəsində yaralanıb.
BAKU.WS xəbər verir ki, Haber Global hadisə anının görüntülərini yayımlayıb.
Videoda şübhəli Ö.S.-nın mühafizəçilər tərəfindən məsciddən çıxarılması öz əksini tapıb.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilərək təcili yardımla xəstəxanaya aparılıb. Qeyd olunub ki, məscidin imamı və Ərdəm adlı şəxsin vəziyyəti yaxşıdır.
Hazırda saxlanılan şübhəli şəxs barəsində İstanbul Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb. Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...