Türkiyədə mədən çökdü: Yaralananlar var - VİDEO

Türkiyədə mədən çökdü: Yaralananlar var - VİDEO
Video
Siyasət 65

Türkiyədə yerüstü mədən çöküb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Manisanın Soma rayonundakı mədəndə qəfildən torpaq çökməsi baş verib. Fəlakət nəticəsində 5 işçi xəsarət alıb.

Hadisə ötən gün axşam 21 radələrində meydana gəlib. Ərazidə xeyli sayda axtarış-xilasetmə işləri aparılıb.

Yaralılar torpaq altından çıxarılaraq yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

Son xəbərlər