Türkiyədə maşinistlər qatarı saxlayıb yanğını söndürməyə başladılar – VİDEO
09
avq
2021
09:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə iki maşinist atdığı nümunəvi addımla məşhurlaşıb.
“Haber Global” məlumat verir ki, Sivasdan Malatyaya gedən qatarın maşinistləri yol kənarındakı meşəlik ərazidə ağacların yandığını müşahidə ediblər.
Onlar dərhal qatarı saxlayaraq yanğına qarşı mübarizə aparmaq qərarına gəliblər.
Maşinistlərdən biri qatardakı yanğınsöndürmə balonu ilə yanğının böyüməsinin qarşısını alıb, digəri isə mobil telefonu ilə müvafiq görüntüləri qeyd edib.
Oxşar xəbərlər
Türkiyədə hansı yanğınsöndürən təyyarələrdən istifadə olunur? - FOTO/VİDEO
Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir. BAKU.WS xəbər verir ki...