Türkiyədə "Kosmik Fəlakət" baş verdi: Ölkə 3 metr hərəkət edib

Ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra mütəxəssislər bildiriblər ki, 10 şəhəri yerlə-yeksan edən zəlzələlərin sürətlənməsi qravitasiya sürətindən 2 dəfə çoxdur.
BAKU.WS "CNN Türk"ə istinadən xəbər verir ki, bu dağıdıcı təsirin "anormal dərəcədə böyük" olduğunu qeyd edən mütəxəssislər, 1500-cü ildə də Pazarcıkda belə bir zəlzələ baş verdyini vurğulayıblar.
"O zaman buna "kosmik fəlakət" deyirdilər. 500 il ərzində gərginlik toplayan nazaslıq xətləri qırılıb", - deyə məlumatda qeyd olunur.
Nasazlıq xəttinin yerləşdiyi Anadolu lövhəsinin Ərəb lövhəsinə nisbətən ən azı üç metr şimal-şərq-cənub-qərb istiqamətində hərəkət etdiyini düşündüklərini ifadə edən italyan alim hərəkətin cəmi 30-40 saniyədə reallaşdığını bildirib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...
