Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb
Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 76 nəfər ölüb.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
Nazir qeyd edib ki, son 24 saatda 20023 şübhəli koronavirus testindən keçib, onlardan 3892 nəfərinin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 725 nəfər ölüb, 34109 nəfər yoluxub. Onlardan 1474 nəfəri reanimasiyadadır, 1582 nəfərin isə müalicəsi müsbət nəticə verib.
Bu gün müalicə olunan 256 xəstə evə buraxılıb.
Nazir həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 228868 nəfər testdən keçib və müalicə olunan xəstələr arasında irəliləyiş var.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan ölənlərin sayı 356 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 356 nəfər olub. BAKU.WS-in məlumatına görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca qeyd edib ki, bu gün...