Türkiyədə koronavirusdan ölənlərin sayı 1 296-ya çatdı
Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.
BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 296 nəfərə çatıb.
"Bu gün 34 456 test keçirilib, 4 093 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 61 049 nəfərdir. Bu gün daha 511 pasiyent sağaldı, ümumi say 3 957 nəfərdir", - nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 888 000-i ötüb. Bunların 438 176 nəfəri sağalıb, 117 585 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-i ötdü
Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub. BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə gör...