Türkiyədə koronavirusdan daha 125 nəfər ölüb
Türkiyədə yeni növ koronavirusdan bu gün daha 125 nəfər ölüb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.
Nazir yazıb ki, son 24 saatda indiyədək ən çox test edilib - 40 427 nəfər, onlardan 4801-nin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1643 nəfər ölüb, 74 193 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1820 nəfəri reanimasiyadadır, 7089 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1415 xəstə bu gün evə buraxılıb.
F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 518 143 nəfərin testdən keçdiyini qeyd edib.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan ölənlərin sayı 908 nəfərə çatıb
Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 96 nəfər ölüb. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter s...