Türkiyədə DƏHŞƏT: Bələdiyyə işçiləri faciəvi şəkildə öldü - FOTO

Türkiyədə DƏHŞƏT: Bələdiyyə işçiləri faciəvi şəkildə öldü - FOTO
Foto
Siyasət 157

Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, qəza yerli vaxtla 00:30 radələrində baş verib.

Məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü Atilla Mert Çukacı idarəetməni itirib və İstanbul Böyükşəhər Bələdiyyəsinin yol kənarında çalışan bələdiyyə işçilərini vurub.

Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Hadisə yerinə tibb işçiləri, xilasetmə qrupları və polis cəlb edilib.

Sürücü saxlanılaraq polis bölməsinə aparılıb.

Onun sərxoş olduğu müəyyən edilib.

Son xəbərlər