İstanbulda 1500 illik yeraltı keçid tapılıb - FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Polyeuktos kilsəsinin qalıqları içərisində apardığı qazıntılar nəticəsində 1500 illik tarixə malik yeraltı keçid aşkar edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saraçhane Arxeologiya Parkında yerləşən və Ayasofyadan əvvəl tikilmiş 1500 illik Polyeuktos kilsəsi ərazisində arxeoloji qazıntılar davam edir.
Müqəddəs Polyeuktosa ithaf olunduğu üçün bu adı alan kilsə 11-ci əsrdə əvvəlcə dağıdılıb, sonra talan edilib.
Kilsənin qiymətli hissələri və sütunları Venesiyaya qaçırılıb.
1960-cı illərdə yeraltı keçidin tikintisi zamanı kilsəyə aid bəzi tarixi əsərlər üzə çıxarılıb və Müqəddəs Polyeuktos kilsəsində qazıntı işləri aparılıb. 5-6 illik qazıntı işlərindən sonra kilsə köhnə vəziyyətində tərk edilib.
Qeyd olunur ki, 2022-ci il 8 iyun tarixində Müqəddəs Polyeuktos kilsəsinin yerləşdiyi Saraçhane Arxeologiya Parkında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Mədəniyyət İdarəsinə bağlı İBB Miras qrupları tərəfindən qazıntılara başlanılıb.
Araşdırmaların aparıldığı ərazidə Haşim İşçan aşırımından təxminən 20 metr aralıda yeraltı keçid aşkar edilib.
Yeraltı dəhlizin içərisində mərmərlə formaya salınmış, relyeflərlə bəzədilmiş mozaika və daş hörgüləri tapılıb.
Bələdiyyə sədrinin müavini Mahir Polat tikilinin İstanbulda zəlzələ tədqiqatları üçün dəyərli nümunə olduğunu və Saraçhane Arxeologiya Parkının bir ay sonra istifadəyə veriləcəyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Erməni vandalizmi: ABŞ Dövlət Departamenti təsdiqləyir, UNESCO isə susur
“44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi və tarixi qələbə qazandıq. Bu qələbədən sonra beynəlxalq ictimaiyyət Erməni...
