Türkiyədə AKP-nin tədbirində silahlı hücum olub, xəsarət alan var
Türkiyədə AKP-nin seçki ilə bağlı tədbirində silahlı hücum olub, xəsarət alan var
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.
Nazir qeyd edib ki, saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.
Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.
“Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirəm. Seçki prosesinə və demokratiyamıza qarşı belə iyrənc hücumları qətiyyətlə pisləyirəm”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Ərdoğandan İstanbulda məhkəmə binasına silahlı hücumla bağlı AÇIQLAMA - YENİLƏNİB - ANBAAN VİDEO
"Çağlayan Ədliyyəsinə edilən hücumla əlaqədar vətəndaşlarımıza tezliklə şəfa diləyirəm". BAKU.WS Türkiyə mediasına istinadən xəbər veri ki, bunu Türkiyə Prezide...