Türkiyədə ağır yol qəzası: Ölənlər və yaralananlar var - FOTO

Türkiyədə dəhşətli yol qəzası baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğla şəhərinin Menteşe rayonunda qeydə alınan qəza zamanı 35 TTM 70 qeydiyyat nişanlı avtomobil Aydın istiqamətində gedən yolda hərəkətsiz dayanan 48 AHU 519 dövlət qeydiyyat nişanlı maşına çırpılıb.
Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
35 TTM 70 qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmail Macaroğlu yerindəcə keçinib.
Maşındakı 3 nəfər isə Orhan Turgay, Funda Turgay, Oğuzhan Turgay ağır xəsarətlər alıblar. Yaralılar təcili şəkildə xəstəxanaya yerləşdirilblər. Funda Turgayınhəyatınıxilasetmək mümkün olmayıb.
Oğuzhan Turgayın isə həyati təhlükəsi olduğu bildirilib.

Oxşar xəbərlər
Orhan Gencebay: "Azərbaycanlılar bizim canımızdır" - VİDEO
"Azərbaycan deyəndə axan sular durur. Azərbaycanlılar bizim canımızdır. Buradan canlarıma ən böyük hörmət və salamlarımı göndərirəm". BAKU.WS xəbər verir ki, bu...
