"Duman"ın konsertində FACİƏ: Gənc oğlan damdan yıxılaraq öldü - FOTO

03
may
2023
17:22
Məşhur musiqi qrupu "Duman"ın konsertində faciə yaşanıb.
BAKU.WS xəbər verir ki, qrupun Alaçatıdakı musiqili proqramında Orhan Gemici adlı gənc oğlan evin damından yıxılaraq ölüb.
O, konserti hündür yerdən izləmək istəyib və yaxınlıqdakı evlərdən birinin damına çıxıb. Bir anda müvazinətini itirən Orhan yerə yıxılıb.
Onun yıxıldığını görən sakinlər təcili yardım çağırıblar. Xəstəxanaya yerləşdirilən Orhan elə orada həyatını itirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Araşdırmalar aparılır.

Oxşar xəbərlər
Konsert zamanı FACİƏ YAŞANDI: 1 nəfər öldü, 9-u isə yaralandı - VİDEO
Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinin Rochester adlı bölgəsində əyləncə mərkəzlərindən birində faciə yaşanıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər v...
