Türkiyə xüsusi təyinatlılarından ƏMƏLİYYAT: 25 terrorçu məhv edildi

27
iyl
2022
21:38
Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçular Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pinarı” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.
Həmçinin PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib.
Nazirlik terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəklərini vurğulayıb.
Oxşar xəbərlər
Türk hərbçiləri Suriyanın şimalında 5 terrorçunu məhv edib
Suriyanın şimalındakı Fırat Kalkanı və Barış Pınarı bölgələrində Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı davam edir. BAKU.WS APA-ya...
