Türkiyə Suriyanın şimalına əlavə hərbi qüvvələr göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, “Asharq Al-Awsat” qəzeti “Cəbhət ən-Nusra” silahlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyənin zirehli texnikası və əlavə hərbi qüvvələrinin göndərildiyini yazıb.
Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.
Terrorçuların bu əraziyə nəzarəti bərqərar etməsi təhlükəsi “Əhrar əş-Şam” qruplaşmasının parçalanmasından, onun hissələrinin bir qismi “Cəbhət ən-Nusra”ya, digərləri də Ankaranın dəstəklədiyi Azad Suriya Ordusuna qoşulduqdan sonra yaranıb.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...