İdlibin cənubunda əməliyyatlar başladı - VİDEO

İdlibin cənubunda əməliyyatlar başladı - VİDEO
Video
Siyasət 583

Suriyanın İdlib şəhərinin cənubunda Bəşər Əsəd qüvvələrinə qarşı əməliyyata başlayan müxalif qüvvələr Astana və Soçi razılaşmasına məhəl qoymayaraq Neyrab kəndinə daxil olublar.

BAKU.WS xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Bildirilir ki, Neyrabda şiddətli döyüşlər gedir.

Müxalif qüvvələr İdlibin cənubunda ələ keçirilən yaşayış məntəqələrini geri almaq üçün Suriya ordusuna qarşı keçirilən əməliyyatda Serakib rayonunun şimal-qərbində yerləşən Neyrab kəndinə giriblər.

Kənddəki Suriya ordusunun mövqelərinə artilleriya zərbələri endirildikdən sonra qurudan irəliləməyə başlayan silahlılar bir tankı ələ keçirib, Suriya ordusunun daha bir tankı və zirehli maşınını partladıblar.

Son xəbərlər