Türkiyə sərhədçiləri 5 FETÖ, 1 PKK üzvünü saxlayıb
14
avq
2023
18:25
Yunanıstan və Suriyadan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər sərhəd xidməti tərəfindən yaxalanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 5-nin FETÖ, 1-nin isə PKK/KCK/PYD-YPG terror təşkilatlarının üzvü olduğu müəyyən edilib.
"Sərhədlərimizdə qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir", - deyə nazirliyin məlumatında vurğulanır.
Oxşar xəbərlər
Suriyanın şimalında 18 terrorçu yaxalandı
Türkiyə Daxili İşlər Nazirliyi Suriyanın Cerablus və Bab bölgələrində keçirilən əməliyyatları zamanı İŞİD terror təşkilatının “maliyyə əmiri” də daxil olmaqla,...