Türkiyə saxta “erməni soyqırımı” iddiası ilə bağlı açıqlama yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı aprelin 24-dəki açıqlaması ermənilərin həqiqət halına gətirmək istədikləri subyektiv düşüncələrinə, anlayışlarına əsaslanır.
BAKU.WS xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında yer alıb. Bildirilir ki, ABŞ Prezidentinin bu açıqlamasının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur və oradakı iddialar rədd edilir: “Açıqlamada erməni üsyançıları tərəfindən 500 mindən çox müsəlmanın qətlə yetirilməsi acısı israrla görməməzliyə vurulur. Bu məsələdə ədalətli olmaq lazımdır”, - deyə Türkiyə XİN-in məlumatında qeyd edilir.
Bildirilir ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı birgə tarixi komissiyanın qurulması ilə bağlı təklifi hələ də qüvvədədir. Birgə komissiyanın qurulması ilə həqiqətlərin üzə çıxacağına inanılır. Bu təklifi gündəmdən çıxarmaq istəyənlər isə 1915-ci il hadisələri ilə bağlı öz məsuliyyətlərini unutduqmaqda maraqlı olan radikal ermənilərdir. ABŞ rəhbərliyi artıq bu həqiqəti dərk etməli və ona uyğun hərəkət etməlidir. Türkiyə tərəfi Osmanlı imperatorluğunun süqutu ərəfəsində həyatını itirən müsəlman, yahudi və xristianlar olmaqla bütün mülki əhalini sayğı ilə anır.
Oxşar xəbərlər
Türkiyənin nüfuzlu media orqanları: Mənsimovun erməni şərikinə 130 il həbs istənildi - VİDEO/FOTO
FETÖ ilə əlaqələrdə təqsirli bilinərək, həbs edilib həbsxanaya göndərilən “Palmali Holding” İdarə Heyətinin sədri Mübariz Mənsimovun ABŞ-dan olan ortağı, həbsdə...