Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan Gəncədə Şəhidlər xiyabanını ziyarət edib
20
yan
2026
13:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 20 Yanvar - Ümumxalq Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, gül dəstələri qoyub.
Qeyd edək ki, anım tədbirində şəhid ailələri, qazilər, polis və prokurorluq əməkdaşları, millət vəkilləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana Quran hədiyyə edib.
Qalereya
Oxşar xəbərlər
Ötən ay dövlət sərhədində 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub
Ötən ay dövlət sərhədində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildiril...