Türkiyə parlamenti bu gün yeni sədr seçəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 14:00-da Türkiyə Böyük Millət Məclisi (TBMM) 28-ci dövr üçün yeni sədrini seçəcək.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, gizli səsvermə yolu ilə keçiriləcək seçkinin ilk iki turunda 400 səs tələb olunur.
Həmin səs toplanmazsa, səsvermənin üçüncü turu keçiriləcək. Bu turda isə 301 səs yetərli olacaq.
Seçki 4-cü tura qalarsa, ən çox səs toplayan namizəd Məclisin sədri seçiləcək.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyasından Numan Kurtulmuş, Cümhuriyyət Xalq Partiyasından Tekin Bingöl, İYİ Partiyadan isə Cihan Paçacı sədrliyə namizəddir.
Oxşar xəbərlər
Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb. Mayın 28-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb. Prezident vəzifəsi u...