Türkiyə ordusu 38 minə yaxın terrorçunu məhv edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə İstanbulun Pendik rayonunda keçirilən konfransda bildirib.
Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin bitməyəcəyini vurğulayan Akar "Mehmetçik terrorçuları qazdıqları çuxurlara və mağaralarına basdırmağa davam edir. 2015-ci il iyulun 24-dən indiyədək 37 860 terrorçu zərərsizləşdirilib. "Fırat Kalkan"ı əməliyyatı bölgəsində daha 6 terrorçu zərərsizləşdirilib. Terrorçu haradadırsa, hədəfimizin ora olduğu anlayışı ilə terrorla mübarizəmiz qətiyyətlə davam edir", - deyə bildirib.
Oxşar xəbərlər
Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi
Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulu...