Türkiyə MİT-i PKK-nın dron hücumlarını təşkil edən əsas liderini zərərsizləşdirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı – MİT) PKK terror qruplaşmasının "Zilan AZAK" kod adlı Sema Cuya Çevlik zərərsizləşdirib.
Bu barədə "CNN Türk" məlumat verib.
PKK-nın təşkil etdiyi dron hücumlarında əsas fiqurlardan olan "Zilan AZAK" İraqın Hakurk bölgəsində aradan götürüb.
Türkiyəyə qarşı kəşfiyyat toplama, müşahidə və dron hücumu fəaliyyətlərində iştirak edən terrorçu MİT-in təşkil etdiyi dəqiq əməliyyatla məhv edilib.
Sema Cuya Çevlik universitet təhsilini yarımçıq qoyub 2015-ci ildə PKK sıralarına qatılıb. O, İraqın Qare şəhərində silahlı təlim keçib.
Qalereya
Oxşar xəbərlər
MİT daha bir terrorbaşını zərərsizləşdirdi - FOTO
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib. Əməliyyat zamanı PKK terror təşkilatının liderlərindən biri zərərsizl...