Türkiyə kəşfiyyatı iranlı gəncləri PKK-ya cəlb edən terrorçunu zərərsizləşdirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) İraqın Qəndil bölgəsində əməliyyat keçirib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı PKK/KCK terror təşkilatının iranlı gənclər arasında koordinasiya işləri ilə məşğul olan üzvü Barzan Hesenzade zərərsizləşdirilib.
“Tolhildan Kandil” kod adlı Barzan Hesenzadenin bölgə gəncləri arasında PKK/KCK-nın təbliğatını apardığı, onları təşkilata cəlb etmək üçün müəyyən işlər həyata keçirdiyi məlum olub.
1994-cü ildə İranın Mahabad şəhərində doğulan terrorçu İranın Merivan, Mukriyan və cənub şəhərlərində yerləşən universitetlərdə gənclərin təşkilata üzv olması və ideoloji istiqamətləndirilməsi üzrə fəaliyyət göstərib. 2016-cı ildə İranın Mahabat şəhərindən təşkilatın çöllük heyətinə qatılıb və silahlı təlim keçib.
Oxşar xəbərlər
MİT daha bir terrorbaşını zərərsizləşdirdi - FOTO
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib. Əməliyyat zamanı PKK terror təşkilatının liderlərindən biri zərərsizl...