Türkiyə ilə BƏƏ arasında siyasi gərginlik

Türkiyə ilə BƏƏ arasında siyasi gərginlik
Siyasət 179

Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə haqqında açıqlamalarına Türkiyə Xarici İşlər Nazirliyindən sərt cavab gəlib.

BAKU.WS “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə XİN-in sözçüsü Hami Aksoy BƏƏ rəhbərliyini həddini bilməyə çağırıb:

“Bu ölkə Liviyadakı müxalifəti illərdir ki, silah, hərbi texnika və muzdlu döyüşçü ilə təmin edir. BƏƏ rəhbərliyinin Türkiyə haqqında ittihamları bu ölkənin çirkin əməllərini ört-basdır etmə təşəbbüsüdür. BƏƏ-nin sadəcə Liviyada deyil, Yəmən, Suriya və Afrikada da beynəlxalq sülh və sabitliyi pozan hərəkətləri dünya ictimaiyyətinə məlumdur. BƏƏ rəhbərliyini Türkiyəyə qarşı düşmən münasibətindən əl çəkməyə və həddini bilməyə çağırırıq”.

Son xəbərlər