Türkiyə ilə bağlı XAİN PLAN ifşa olundu - Xaos
Yeniliklərdən dərhal xəbərdar olun
Baş verən şiddətli zəlzələni fürsət bilən Türkiyə düşmənlərinin xain planları ifşa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə kəşfiyyat qaynaqlarına istinadən "haber7" portalı məlumat yayıb.
Bildirilir ki, "Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi"nin (THKP-C) üzvləri zəlzələnin baş verdiyi bölgələrə sızaraq orada qarışıqlıq, xaos yaratmaq və hökumət əleyhinə fəaliyyət göstərmək niyyətindədir.
10 ildir Suriyada saysız-hesabsız qırğınlar törədən "THKP-C" terror təşkilatının lideri Mihrac Ural etnik ünsürlərdən istifadə edərək Hatayda əhalini hökumət əleyhinə qaldırmağa çalışır.
Terrorçular ümumi olaraq Hatay, Reyhanlı, Samandağı, Harbiye, Defne və Armutlu şəhərlərini hədəf seçiblər. Türkiyədə ələvilərin yaşadığı ərazilərdə xaos yaratmaq istəyən terrorçular ibadət ocağı, polis bölmələri, AFAD mərkəzləri və məscidlərdə aksiya keçirməyi planlaşdırıb. Bundan əlavə zəlzələ bölgələrindəki xristianlara məxsus kilsələr də hədəf kimi göstərilib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...