Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda cari beynəlxalq hadisələr barədə danışarkən deyib.
Nazir Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və ABŞ Lideri Donald Trampa təşəkkür edib.
Fidan hesab edir ki, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir:
"Ermənistan-Azərbaycan arasında müqavilə yekunlaşan kimi biz Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...