Türkiyə DİN qarşısında partlayış törədənin kimliyi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) qarşısında partlayış törədən terrorçunun kimliyi bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aparılan araşdırmalar və DNT testi nəticəsində partlayışı törədən 2-ci terrorçunun Özkan Şahin adlı PKK üzvü olduğu bildirilib.
Bundan əvvəl partlayışı törədən birinci terrorçnun Həsən Oğuz adlı PKK üzvü olduğu müəyyən edilib.
Məlumat üçün bildirək ki, oktyabrın 1-də səhər saatlarında 2 terrorçu Ankarada Türkiyə DİN-in Baş Mühafizə İdarəsinin qapısına avtomobillə gələrək terror aktı törədib.
Onlardan biri özünü partladıb, ikincisi isə zərərsizləşdirilib.
Oxşar xəbərlər
Türkiyədən terror aktına cavab: Çoxlu sayda PKK-çı zərərsizləşdirildi
Türkiyə Hərbi Hava Qüvvələri Ankaranın mərkəzində terrora cəhddən sonra İraqın şimalındakı PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib. BAKU.WS "TRT H...