Türkiyədən terror aktına cavab: Çoxlu sayda PKK-çı zərərsizləşdirildi

Türkiyədən terror aktına cavab: Çoxlu sayda PKK-çı zərərsizləşdirildi
Siyasət 1

Türkiyə Hərbi Hava Qüvvələri Ankaranın mərkəzində terrora cəhddən sonra İraqın şimalındakı PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, İraqın Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçuların hədəflərinə aviazərbələr endirilib.

İçərisində xeyli terrorçuların yer aldığı mağara, sığınacaq, depolar olmaqla, 20 obyekt məhv edilib.

Həmçinin, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub. Bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.

Son xəbərlər