Türkiyə boğazlardan keçid qiymətlərini ARTIRIR
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə iyulun 1-dən etibarən ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,83% artıracaq.
BAKU.WS bu barədə "Aydınlık" nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyasına uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.
Həmçinin bildirilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.
Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçmə qiymətini 5 dəfə artırıb.
Oxşar xəbərlər
Türkiyə boğazlarından keçid rüsumunu 5 dəfə ARTIRDI
Türkiyə Montre Konvensiyasına əsasən, xarici gəmilərin İstanbul boğazlarından keçid rüsumunu 5 dəfə artırıb. BAKU.WS xəbər verir ki, bu barədə "Sabah" qəzeti mə...