Ukrayna Türkiyədən Qara dəniz boğazlarını Rusiya üçün bağlamağı xahiş edə bilər

Ukrayna Türkiyədən Qara dəniz boğazlarını Rusiya üçün bağlamağı xahiş edə bilər
Siyasət 152

Ukrayna hərbi əməliyyatların başlayacağı təqdirdə Montrö Konvensiyası əsasında Rusiyanın Qara dəniz boğazlarına çıxışını bağlamağı Türkiyədən tələb edə bilər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın Ankaradakı səfiri Vasiliy Bodnar “Reuters” agentliyinə bildirib.

“Biz düşünürük ki, Ukraynaya qarşı hərbi əməliyyatların başlanması halında, yəni müharibə təkcə de-fakto deyil, həm də de-yure olanda Türkiyə hökumətindən xahiş edəcəyik ki, Qara dəniz boğazları təcavüzkar ölkə üçün bağlanması imkanını nəzərdən keçirsin”, - diplomat bildirib.

O əlavə edib ki, Kiyev Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Qara dənizdə cəmləşməsini ciddi təhlükə kimi qiymətləndirir.

Montrö Konvensiyası 1936-cı il iyulun 20-də imzalanmış və həmin il noyabrın 9-da qüvvəyə minib.

Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini möhkəmləndirib. Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq edilib.

Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyənin münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.

Son xəbərlər